AZ

Kanadanın baş naziri Trampı TƏNQİD ETDİ

Kanadanın baş naziri Mark Karni beynəlxalq hüququn uzun müddət ərzində seçici şəkildə tətbiq edildiyini və liberal maraqlara uyğun “faydalı yalan” rolunu oynadığını açıqlayıb.

KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, Ottava uzun illər “ritorika ilə reallıq” arasındakı fərqi bilərəkdən nəzərə almayıb.

Karni qeyd edib ki, hökumət Vaşinqtonla mövcud olan qeyri-rəsmi razılaşmada ciddi “boşluq”la üzləşib ki, bu da Kanada–ABŞ ikitərəfli münasibətlərinin xarakterinin dəyişməsinə səbəb olub.

Baş nazir yaranmış vəziyyətə görə məsuliyyəti iqtisadi inteqrasiyadan təzyiq aləti kimi istifadə edən “supergüclərin” üzərinə qoyub. Xüsusilə o vurğulayıb ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp administrasiyasının idxal olunan məhsullara tətbiq etdiyi cavab tarifləri bu cür təzyiq mexanizmlərindən biri olub.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
17
1
konkret.az

2Mənbələr