AZ

Lisenziya tələbi tətbiq olunmayan dövlət şirkətlərinin siyahısı dəyişdirildi

BAKI, 23 yanvar. TELEQRAF

Nazirlər Kabineti lisenziya tələbinin şamil olunmadığı dövlətə məxsus hüquqi şəxslərin siyahısında dəyişiklik edib.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Nazirlər Kabinetinin 2025-ci il 24 fevral tarixli 46 nömrəli Qərarı ilə təsdiq edilmiş “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 2 nömrəli əlavəsinin 6-cı və 7-ci maddələrində nəzərdə tutulan fəaliyyət növləri üzrə lisenziya alınması tələbinin şamil olunmadığı, paylarının (səhmlərinin) 100 faizi dövlətə məxsus olan hüquqi şəxslərin siyahısında dəyişikliklər təsdiqlənib.

Dəyişikliklər əlavə edilmiş siyahıya uyğun olaraq tətbiq ediləcək.

Seçilən
46
2
teleqraf.com

3Mənbələr