Britaniya “Sülh Şurası”ndan ÇIXIB
Ajans.az xəbər verir ki,Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper BBC-yə müsahibəsində Londonun Şuranın səlahiyyətlərinin genişliyindən narahat olduğunu açıq şəkildə bəyan edib. Nazirin sözlərinə görə, “Sülh Şurası” əvvəlcə Qəzza zolağında İsrail və HƏMAS arasında müharibəyə son qoymaq məqsədi ilə təqdim olunsa da, sonradan daha geniş siyasi və hüquqi məsələləri əhatə edən bir hüquqi mexanizmə çevrilib. Kuper vurğulayıb ki, Britaniya hökuməti bu cür qeyri-müəyyən və geniş səlahiyyətli strukturlarda iştirakla bağlı ehtiyatlı mövqe tutur.