AZ

Məhəmməd Əli üçün 22 milyon marka

ABŞ-nin poçt xidməti üzərində əfsanəvi boksçu Məhəmməd Əlinin təsviri olan xüsusi marka buraxıb.

"Football-plus.az" xəbər verir ki, ilk markaların buraxılması ilə bağlı mərasim yanvarın 15-də idmançının doğma şəhəri Luisvilldə (Kentukki ştatı) keçirilib. Ağ-qara markada Əli məşhur boksçu pozasında təsvir olunub. Ümumilikdə 22 milyon marka buraxılacaq.

Xatırladaq ki, Əli 1960-cı ildə keçirilən Roma Olimpiadasının qalibi olub. O, peşəkar karyerasında iki dəfə ağır çəkidə mütləq dünya çempionu titulunu daşıyıb – 1964-66 və 1974-78 aralığında. 6 dəfə ilin boksçusu sayılıb. Karyerası boyunca 61 döyüşə çıxıb – 56 qələbə, 5 məğlubiyyət. Mərhum idmançı boksçu karyerasından başqa ictima-siyasi və xeyriyyəçilik fəaliyyəti ilə də məşğul olub.

Əli 2016-cı il iyunun 3-də - 74 yaşında dünyasını dəyişib.

Seçilən
65
football-plus.az

1Mənbələr