AZ

Aston Villa Beşiktaş ın hücumçusunu istəyir 21 milyon avro və futbolçu təklif edilib

Mia.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ötn axşam Avropa Liqasında İstanbulda "Fənərbağça"nı 1-0 hesabıyla məğlub edən "Aston Villa" "Beşiktaş"ın hücumçusu  Temmi Abrahamın transferinə israr edir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,  ingilis klubu bunun üçün "Beşiktaş"a diqqətçəkən təklif göndərib.

Məlumata əsasən, ingilislər hücumçunun əvəzinə "Beşiktaş"a Yasin Özcan + 21 milyon avro transfer haqqı ödəməyə hazır olduqlarını açıqlayıblar: "Böyük ehtimalla İstanbul klubu Temmi Abrahamın transferinə "hə" deyəcək"

Xatırladaq ki, 28 yaşlı futbolçu "Aston Villa" ilə şəxsi şərtlərdə razılığa gəlib.

Fərid ASLAN

Mia.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
mia.az

1Mənbələr