AZ

Kiyevi tərk edin, vəziyyət daha da pisləşəcək

Kiyevdə elektrik və istilik təchizatı ilə bağlı vəziyyət daha da pisləşəcək. Buna görə də paytaxt sakinləri təxliyə olunmalıdır.

Publika.az xəbər verir ki, bunu Kiyev meri Vitali Kliçko "Telegram"da yazıb.

"Sakinlərə müraciət edirəm və açıq danışıram: vəziyyət son dərəcə çətindir və bu, hələlik ən pis an olmaya bilər. Kimin elektrik və istilik mənbələrinin olduğu şəhərlərə getmək imkanı varsa, getsin. Bu səfərlərdən imtina etməyin", - deyə o bildirib.

Qeyd edək ki, Kliçko Rusiyanın enerji infrastrukturuna hücumlarının davam edəcəyini və yaşayış binalarında vəziyyətin pisləşəcəyini proqnozlaşdırıb.

Seçilən
104
publika.az

1Mənbələr