AZ

Azərbaycanda bu sayda ailə ipoteka krediti ilə ev alıb

Bakı. Trend:

İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-cı ildən etibarənölkədə uzunmüddətli ipoteka kreditləşməsinin maliyyələşdirilməsinihəyata keçirir.

Bu barədə Trend-ə Fonddan məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “AzərbaycanRespublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabınaipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditininverilməsi Qaydası”na uyğun olaraq, Fond 2025-ci il ərzində dəəhalinin mənzil təminatının yaxşılaşdırılması istiqamətindəfəaliyyətini davam etdirib.

Ötən ildə Fondun vəsaiti hesabına müvəkkil banklar tərəfindən442,8 milyon manat həcmində 4309 ipoteka krediti, o cümlədən, 347,2milyon manat məbləğində 3153 adi ipoteka krediti və 95,6 milyonmanat məbləğində 1156 güzəştli ipoteka krediti verilib. Ümumilikdə,2006-2025-ci illərdə Fondun vəsaiti hesabına verilən ipotekakreditlərinin məbləği 3,76 milyard manatı keçib ki, bu da 56800-dənçox ailənin mənzil şəraitinin yaxşılaşmasına imkan verib.

Şəxsi yığımları yetərli olmayan əhalinin daha aşağı ilkinödənişlə ipoteka kreditlərindən faydalanmasını təmin etməkməqsədilə 01 yanvar 2026-cı il tarixinə Fond tərəfindən 139,9milyon manat məbləğində 1490 ipoteka krediti üzrə zəmanətverilib.

Məlumata görə, Fondun vəsaiti hesabına verilən ipotekakreditlərindən faydalananların 67 faizini gənclər və gənc ailələrtəşkil edib, kreditlərin 22 faizə yaxını isə regionların payınadüşüb.

Seçilən
55
22
az.trend.az

10Mənbələr