AZ

Fransina Sosias: İspaniya-Azərbaycan əlaqələrini dərinləşdirmək üzrə ortaq iradə ifadə olunur

Bakı, 23 yanvar, AZƏRTAC

İspaniya və Azərbaycan arasında ikitərəfli əlaqələri dərinləşdirmək üzrə ortaq iradə aşkar şəkildə ifadə olunur. Biz mövcud razılaşmaların, məsələn, turizm və təhsil sahəsində anlaşma memorandumu kimi sənədlərin çərçivəsini genişləndirməyin vacibliyi barədə danışdıq.

AZƏRTAC xəbər verir ki, bunu İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol Sosias Milli Məclisin sədri Sahibə Qafarova ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

O bildirib ki, hər iki ölkə parlamentlər arasında əlaqələrin möhkəmlənməsində birgə çalışır. Eyni zamanda, ölkələrimiz yaşıl enerjinin inkişafında işləməyə razılıq göstərir.

“Bu mənim Azərbaycana birinci səfərimdir. Biz əməkdaşlığımızı daha da gücləndirməliyik. Parlamentlər arasında əlaqələrin möhkəmləndirilməsi üçün hər iki tərəfin deputatları böyük iş görürlər”, - deyə İspaniya Deputatlar Konqresinin sədri vurğulayıb.

Seçilən
27
1
azertag.az

2Mənbələr