AZ

Sürücünün önünə qəfil çıxan piyada az qala maşının altında qalacaqdı REAL VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Paytaxtın Heydər Əliyev prospektində qayda pozan piyada sürücüyə çətin anlar yaşadıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə yanvarın 18-də axşam saatlarında qeydə alınıb. Kadrlardan görünür ki, yolu təyin olunmamış yerdən qaçaraq keçən piyada yaxınlaşmaqda olan avtomobilə məhəl qoymayıb.

Piyadanı son anda görən sürücü anidən sol zolağa manevr edərək qəzanın qarşısını alıb. Xoşbəxtlikdən, hadisə zamanı sol zolaqda heç bir avtomobil olmayıb, bu da faciəli nəticənin qarşısını alıb.

Yol hərəkəti qaydalarını pozmaq sürücülərlə yanaşı piyadalar üçün də keçərlidir. Hər bir piyada yolu diqqətlə müşahidə etməli və yalnız keçidlərdən istifadə etməlidir. 

Nərmin

Oxunub 218

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
avtosfer.az

1Mənbələr