ain.az xəbər verir, Bakupost saytına əsaslanaraq.
Avropa Şurasının çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı ixtisaslaşmış qurumu olan “MONEYVAL” Azərbaycanla bağlı yeni qiymətləndirmə hesabatını yayımlayıb.Bakupost.az həmin hesabata istinadən xəbər verir ki, Azərbaycan son dövrdə çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində tədbirləri əhəmiyyətli dərəcədə gücləndirib.Sənəddə qeyd olunur ki, Azərbaycanın “Maliyyə Fəaliyyəti üzrə İşçi Qrupu”nun (FATF) 40 tövsiyəsi üzrə texniki uyğunluq göstəriciləri bir sıra istiqamətlərdə yüksəlib. Xüsusilə qeyri-kommersiya təşkilatları, pul və dəyər köçürmə xidmətləri, bank köçürmələri, hüquqi şəxslərin şəffaflığı və benefisiar sahibliyi, maliyyə institutlarının tənzimlənməsi və nəzarəti, statistika mexanizmləri, eləcə də dövlət qurumlarının bazar iştirakçılarına verdiyi metodiki göstərişlər sahəsində irəliləyiş qeydə alınıb.“MONEYVAL” Azərbaycanın yeddi FATF tövsiyəsi üzrə uyğunluq reytinqini yüksəltdiyini bildirir. Ümumilikdə ölkə səkkiz tövsiyə üzrə tam uyğun, 28 tövsiyə üzrə əsasən uyğun, dörd tövsiyə üzrə isə qismən uyğun kimi qiymətləndirilib.Hesabatda vurğulanır ki, atılan addımlar maliyyə sisteminin şəffaflığının artırılmasına, risklərin azaldılmasına və beynəlxalq standartlara yaxınlaşmaya xidmət edir. Bu irəliləyişlər Azərbaycanın beynəlxalq maliyyə institutları və tərəfdaş ölkələrlə əməkdaşlığı baxımından da mühüm əhəmiyyət daşıyır.Cavid, BakuPost
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.