AZ

Bakıda iynədən ölən kişi özünə inyeksiya edib - TƏFƏRRÜAT

BAKI, 23 yanvar. TELEQRAF

Bakıda iynədən ölən kişi özünə ineksiya edibmiş.

Teleqraf”ın əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonu, Binəqədi qəsəbəsində qeydə alınıb.

Belə ki, Cəfər Cabbarlı küçəsi 58 ünvanında yaşayan Sabirabad rayon sakini 1966-ci il təvəllüdlü Vüqar Məmmədovun səhhətində problem yaranıb.

Qohumları bildirib ki, o santexnik kimi fəaliyyət göstərirmiş. Hadisə günü isə antibiotiklə birgə hansısa dərmanları qarışdırıraq özünə inyeksiya edib.

Bundan sonra mədəsində ağrı başlayıb, əraziyə təcili tibbi yardım çağırılıb. Amma təcili yardım gələnə qədər o, dünyasını dəyişib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Seçilən
92
3
teleqraf.com

4Mənbələr