Ötən il ölkə ərazisində ümumilikdə 5 199 ədəd odlu silah, o cümlədən işğaldan azad edilmiş ərazilərdən 1 079 döyüş silahı, 2 183 mərmi və 220 mindən çox patron aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyində 2025-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasında bildirilib.
Hesabata əsasən, qanunsuz odlu silah saxlama və daşıma ilə bağlı 502 fakt müəyyən edilib, həmin cinayətlər üzrə 153 nəfər saxlanılıb.
Qeyd olunub ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında xidmət aparan polis və Daxili Qoşunlar əməkdaşları “Böyük Qayıdış” proqramının icrası çərçivəsində təhlükəsizliyin təmin olunması istiqamətində fəaliyyətlərini davam etdirir və qarşıya qoyulan vəzifələri tam həcmdə yerinə yetirirlər.