AzVision.az Beləliklə də, Amerika liderinin Sülh Şurası təşəbbüsü əslində beynəxlxalq miqyaslı təşkilat statusu alıb.
Hələ ötən ilin sentyabrında ilk dəfə gündəmə gətirilən Sülh Şurası layihəsi Qəzzanın bərpası prosesini idarə edəcək xüsusi orqan kimi nəzərdə tutulurdu. Bu il yanvarın ortalarında isə, Donald Tramp Sülh Şurası layihəsinin yalnız Qəzza ərazisində vəziyyətin tənzmilənməsi prosesinə yox, həmçinin Ukraynada və dünyanın digər regionlarında sülhün əldə olunmasına şamil edilməsi ideyasını ortaya qoydu.
Təşəbbüsün rəsmiləşdirilməsi və zəruri sənədlərin imzalanması mərasiminə qatılmaq üçün 60 ölkəyə dəvət məktubu göndərildi. Maraqlıdır ki, indiyədək ABŞ-nin müttəfiqi kimi tanınan bir sıra aparıcı qərb ölkələr bununla bağlı dəvət almadılar. Dəvət göndərilən bəzi ölkələr isə müxtəlif səbəbləri əsas gətirərək, Sülh Şurasına qoşulmaqdan hələ ki, imtina ediblər.
Nəticədə, Davosda imzalanan sənədlər əsasında Donald Tramp hətta prezidentlik dövrü başa çatdıqdan sonra da Sülh Şurasının sədri vəzifəsində qala bilər ki, bu da onun daimi rəhbərliyinə zəmin yaradır. Yeni təşkilatın əsas orqanı kimi İcariyyə şurası diplomatiya və investisiyalar məsələləri ilə məşğul olacaq. Daimi üzvlük üçün ilkin şərt “Bərpa Fondu” na 1 milyard dollarlıq ödənişdir. Bunu etməyən dövlətlər üç illik müddətə rotasiya əsasında üzvlük statusu alacaqlar.
Yeri gəlmişkən, Donald Tramp istisna edilməklə, Sülh Şurasının üzvləri şəxslər deyil, dövlətlər olacaq. Hətta İcraiyyə şurasına da kiminsə qəbulu yalnız sədrin, yəni yenə də Donald Trampın xeyir-duası iləmümkündür. Sədr həmçinin istənilən dövləti qurumdan çıxara bilər. Bu məsələdə yeganə məhdudiyyət Sülh Şurasının üzvlərinin üçdə ikisinin bu qərara veto qoyması prosedurudur.
Təsisat sənədlərini imzalayan Donald Tramp Sülh Şurasının BMT-yə alternativ olmayacağını, əksinə onunla əlaqəli şəkildə fəlaiyyt göstərəcəyini iddia edib. Bununla belə, Sülh Şurasının nizamnaməsindən görünür ki, o, daha geniş funksiyalara malik olacaq və mahiyyətcə BMT-ni əvəzləyə biləcək quruma çevriləcək. Özü də, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün veto qoymaq hüququ olduğu halda, Sülh Şurasında belə imtiyaz yalnız şəxsən Donald Trampa verilir.
Bundan əlavə, BMT-nin dünyadakı münaqişələrin həlli missiyasının öhdəsindən gələ bilmədiyini və özünün rəhbərliyi altında yaradılan Sülh Şurasının bu yöndə daha uğurlu siyasət yürüdəcəyini vurğulayan ABŞ prezidenti, əslindəyeni dünya nizamının təməlinin qoyulduğunu sərgiləyir. Belədə, Sülh Şurasının təsisat tədbirinə BMT-nin baş katibi Antoniu Quetrrişin dəvət olunmaması bir çox pərdəarxası məqamlardan xəbər verir.
Məhz bu reallıqlar fonunda BMT TŞ-nin ABŞ-dən başqa digər 4 daimi üzvünün də Sülh Şurasına ən azı eytiyatlı yanaşması məntiqi baxımdan başa düşüləndir. Belə ki, NATO-da ABŞ-nin müttəfiqləri olan Böyük Britaniya və Fransa Sülh Şurası layihəsinə qoşulmağa hələ ki, zərurət görmürlər.
Böyük Britaniyanın baş naziri Kir Starmer Sülh Şurasının mandatı yalnız Yaxın Şərqə şamil olunacağı halda, ölkəsinin onun işini dəstəkləyəcəyini bildirib. Böyük Britaniyanın Xarici İşlər naziri İvett Kuper isə Rusiya prezidenti Vladimir Putinin təşkilata üzv olması barədə dəvət almasından Londonun narahatlığınıdiqqətə çatdırıb.
Yeri gəlmişkən, hazırda birmənalı şəklidə Vaşinqtonun iradəsindən asılı olan Ukrayna prezidenti Volodimir Zelenski də, Rusiya və Belarusun da Sülh Şurasına dəvət aldıqlarını bəhanə gətirərək, yeni yaradılmı quruma qoşulmağı mümkünsüz sayıb. Kiyevin ardınca, Polşa rəsmiləri də oxşar bəyanatla çıxış ediblər.
Bu kontekstdə, hələ ki, mövcud dünya nizamına münasibətdə, nə qədər təəccüblü görünsə də, ən prinsipial mövqeni Paris sərgiləyib.
“Sülh Şurasının nizamnaməsi ilə əlaqədar, Fransanın bu quruma üzv olması onun digər beynəlxalq təşkilatlar, ilk növbədə, BMT qarşısında götürdüyü öhdəliklərlə bir araya sığmaz”, - Fransanın Xarici İşlər naziri Jan-Noel Barro deyib.
Eyni zamanda, Norveç, İsveç, Danimarka və Sloveniya kimi ölkələr də hazırkı formatda Sülh Şurasının işində iştirakdan imtina ediblər.
Vaşinqtonun NATO üzrə avropalı müttəfiqlərindən Almaniya və İtaliya hələ ki, mövqelərini müəyyənləşdirməyiblər. Almaniyanın vitse-kansleri və Maliyyə naziriLars Klinqbayl isə Sülh Şurasını “lazımsız” bir qurum kimi qiymətləndirib.
- Əlavə beynəlxalq qurumlara ehtiyac yoxdur. Bizdə BMT var və yeni qurumlar yaratmaq əvəzinə onu gücləndirmək lazımdır”, - almaniyalı məmur vurğulayıb.
Nəticədə, dəvət olunan Avropa ölkələrindən yalnız Bolqarıstan və Macarıstan Sülh Şurasına üzv olublar.
BMT TŞ-nin daimi üzvləri olan Rusiya və Çin isə onlara göndərilən dəvətin cavabında Sülh Sazişi layihəsinin təsisat sənədlərini diqqətlə öyrənəcəklərini və bununla bağlı strateji tərəfdaşları ilə məsləhətləşmələr aparacaqlarını bildiriblər.
Hindistan və Donald Trampın dəfələrlə hədələdiyi Kanada da “sənədlərin diqqətlə öyrənilməsi” taktikasını seçiblər.
Bu mənada, ABŞ-nin qərbli müttəfiqlərinin əvvəl-axır müəyyən şərtlərlə Donald Trampın təzyiqi altında Sülh Şurasına qoğulacağı ehtimalı çox böyükdür. Çünki artıq erroziyaya uğrayan Yalta-Podstam dünya nizamında belə onlar formal şəkildə müstəqil olsalar da, ən azı son 30-40 ildə de-fakto Vaşinqtonun vassalı rolunda çıxış edirlər. Hazırkı Brüssel bürokratiyası isə Avropa İttifaqını (Aİ) müti qurumu çevirib. Donald Tramp, öz növbəsində, Sülh Şurası çərçivəsində onların ABŞ-nin vassal rolunu rəsmiləşdirməyə çalışır ki, bu da Avropanın hətta indiki vəziyyətinə həsəd aparılmasını şərtləndirir.
Amma bu müstəvidə Donald Tramp üçün ən çətin sınaq yəqin ki, BMT TŞ-nin daimi üzvləri Rusiya və Çin, habelə, obarzlı desək, onlara qoşulmuş Hindistanın razılığını əldə etmək olacaq. Çünki ABŞ ilə paritet nüvə silahı gücünə malik Rusiyanın və bu göstərici üzrə sürətlə əsas rəqiblərinə yaxınlaşmaqda olan Çinin qlobal hegemonluğun Donald Trampa verilməsinə razılaşacaqları heç də inandırıcı görünmür. Bəli, hazırda bu, müstəsna şəkildə, şəxsən Donald Trampın dominantlığı kimi görünsə də, sonradan ABŞ-nin yeni dünya nizamında yeganə söz sahibinə yəni hegemona çevriləcəyinə şübhə yaratmır.
Bu baxımdan, ən azı son 10-15 ildə yeni dünya nizamının yaranması zərurətini gündəmə gətirən və qlobal miqyasda söz sahibi olmaq iddiasını sərgiləyən dövlətlər Donald Trampa, dolayısı ilə isə ABŞ-yə müstəsna imtiyazların verilməsinə çətin ki, razılaşacaqlar.
Amma orası da var ki, əksər dövlətlərin illər boyu bu barədə mükalimələrindən fərqli olaraq,praqmatik siyasətçi kimi Donald Tramp konkret və qətiyyətli addımlar atmağa başlayıb. Ən əsası isə, onun bu məsələdə daha çox Qərbdəki ənənəvi müttəfiqlərə yox, Qlobal Cənubda ciddi uğurlara imza atmış ölkələrlə əməkdaşlığa üstünlük verdiyi sübuta yetir.
Sahil İsgəndərov, politoloq
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta