AZ

“Robotların sayı insanları ötəcək” Texnologiya milyarderindən İDDİA

Bakupost saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Dünyanın ən varlı iş adamı, “SpaceX” və “Tesla” kimi nəhəng şirkətlərin rəhbəri İlon Mask Davos İqtisadi Forumundakı çıxışı zamanı gələcək texnoloji inkişaflarla bağlı diqqətçəkən proqnozlar səsləndirib.Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, milyarderin sözlərinə görə, yaxın illərdə dünyadakı robotların sayı insan sayını ötəcək, süni intellekt isə insan zəkasını geridə qoyacaq.Davosdakı çıxışına ənənəvi zarafatı ilə başlayan Mask özünü yenidən “yadplanetli” adlandırıb. “Məndən tez-tez soruşurlar ki, aramızda yadplanetlilər varmı. Mən də deyirəm ki, mən özüm yadplanetliyəm, amma buna inanmırlar”, – deyə o bildirib.Maskın sözlərinə görə, süni intellekt və robot texnologiyalarında baş verən sürətli irəliləyişlər dünya iqtisadiyyatında misli görünməmiş bolluq dövrü yaradacaq. O hesab edir ki, gələcəkdə istehsal, xidmət və gündəlik ehtiyacların böyük hissəsi robotlar və süni intellekt sistemləri tərəfindən qarşılanacaq: “O qədər çox robot və süni intellekt istehsal edəcəyik ki, insan ehtiyaclarını artıqlaması ilə təmin edəcəklər. Mənim proqnozum budur ki, robotların sayı insanlardan çox olacaq”, – deyə Mask vurğulayıb.“Tesla” rəhbəri şirkətin “Optimus” adlı insanabənzər robotları ilə bağlı da konkret vaxt açıqlayıb. Onun sözlərinə görə, bu robotlar artıq ilin sonuna qədər “Tesla”nın zavodlarında sadə işləri yerinə yetirməyə başlayacaq, təxminən bir il sonra isə daha mürəkkəb sənaye tapşırıqlarını icra edə biləcəklər.Mask həmçinin süni intellektin inkişaf tempi ilə bağlı iddialı açıqlama verib. O bildirib ki, 2026-cı ilin sonuna qədər süni intellekt istənilən insandan daha ağıllı olacaq, beş il ərzində isə bəşəriyyətin ümumi intellektual potensialını geridə qoyacaq.Qeyd edək ki, İlon Mask oxşar proqnozları 2024-cü ildə də səsləndirmiş, süni intellektin insan zəkasını ötəcəyini və robotların əmək bazarında həlledici rol alacağını bildirmişdi. Davosdakı çıxışı isə bu fikirlərin daha konkret tarix və planlarla təkrarı kimi qiymətləndirilir.Cavid, BakuPost

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
1
www.bakupost.az

2Mənbələr