AZ

Anar Quliyev Şabranda vətəndaşları qəbul edib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev yanvarın 23-də Şabran şəhərində vətəndaşları qəbul edib.

KONKRET.az xəbər verir ki, qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla anılıb.

Şabran, Xızı və Siyəzən rayon sakinləri ilə keçirilən görüşdə vətəndaşların torpaq münasibətləri, şəhərsalma prinsipləri, tikinti və istismara icazə prosedurları ilə bağlı sualları cavablandırılıb, daxil olan müraciətlər əsasında rayon icra hakimiyyəti və bələdiyyələrlə birgə müvafiq işlər aparılıb.

Seçilən
49
1
konkret.az

2Mənbələr