AZ

Mədəniyyət naziri Ağsu rayonunda vətəndaşların müraciətini dinləyib  

Mədəniyyət naziri Adil Kərimli yanvarın 23-də Ağsu rayonunda vətəndaşların müraciətlərini dinləyib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qəbuldan əvvəl nazir və Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov Ümummilli Lider Heydər Əliyevin Ağsu şəhərində ucaldılmış abidəsi önünə çiçək dəstəsi qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.

Ağsu rayon Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Ağsu, Şamaxı, Qobustan, İsmayıllı rayonlarından olan vətəndaşlar müraciətlərini diqqətə çatdırıblar. Müraciətlər, əsasən, məşğulluq, iş yerinin dəyişdirilməsi, mədəniyyət sahəsinə dair layihələr, təşəbbüslər və digər məsələlərlə bağlı olub.

Mədəniyyət naziri vətəndaşların xahiş və təkliflərini dinləyib, qeyd olunan hər bir məsələnin operativ araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını bildirib.

Qəbulda şəhid ailələri və qazilər tərəfindən qaldırılan məsələlərə xüsusi diqqətlə yanaşılması və obyektiv baxılması ilə bağlı nazirliyin məsul əməkdaşlarına tapşırıqlar verilib.

Seçilən
13
7
azerbaijan-news.az

10Mənbələr