AZ

Tramp: Ukraynada əhəmiyyətli irəliləyiş əldə olunub

Ukrayna münaqişəsinin həlliində “əhəmiyyətli irəliləyiş” əldə edilib. Bu barədə ABŞ Prezidenti Donald Tramp Dünya İqtisadi Forumunin keçirildiyi İsveçrənin Davos şəhərindən gedərkən təyyarəsində jurnalistlərə bildirib. 

Məlumatı “Anadolu” verib. 

Ağ Ev rəhbəri dünən Ukrayna Prezidenti Vladimir Zelenski ilə keçirilən görüşü “çox məhsuldar” adlandırıb.

ABŞ lideri Rusiyanın güzəştə getmək istəyinə əminliyini ifadə edib: “Rusiya da güzəştə gedəcək. Buna nail olmaq üçün hər kəs güzəştə gedir”.

Trampın sözlərinə görə, həm Putin, həm də Zelenski bu mərhələdə səmimi-qəlbdən sülh istəyirlər. Rusiyanın özünün dondurulmuş vəsaitlərindən istifadə edərək Sülh Şurasına üzvlük üçün 1 milyard dollar ödəməyə hazır olduğu barədə açıqlamanı şərh edən ABŞ prezidenti bildirib ki, “bu, onun üçün problem deyil”.

Tramp bildirib ki, NATO ilə əldə edilən Qrenlandiya çərçivə müqaviləsinə əsasən, ABŞ adada “istədiyini” edə biləcək və müqavilə “daimi”dir. O, həm NATO, həm də Avropa liderləri ilə Qrenlandiya ilə bağlı danışıqlara xüsusilə müsbət yanaşaraq, ABŞ-ın bu məsələdə “istədiyi hər şeyi” aldığını bildirdi.

P.ƏMİRCANOV
XQ

Seçilən
22
1
xalqqazeti.az

2Mənbələr