AZ

Nazirliyin süni intellekt layihələri “GovMesh Horizons” beynəlxalq hesabatında yer alıb

Sinqapurun “GovInsider” təşkilatının “GovMesh Horizons” hesabatında ölkələrdə rəqəmsal transformasiya sahəsində 2025-ci ildə əldə edilmiş yeni önəmli təcrübələr qeyd edilir.

QHT.az xəbər verir ki, Hesabatda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin sosial sahədə rəqəmsallaşma istiqamətində təcrübəsi, o cümlədən tətbiq etdiyi süni intellekt layihələri barədə də məlumat verilir. https://www.interweavegov.com/_files/ugd/c0cbec_9d848330b15a427ea0dee5e2016af3ee.pdf

Nazirliyin "e-sosial" portalında vətəndaşlara xidmət keyfiyyətinin artırılması məqsədilə süni intellekt əsasında tətbiq edilən “iDost” rəqəmsal köməkçi xidməti, habelə əlillik təyinatı üzrə e-sistemdəki süni intellekt əsaslı alqoritmlər diqqətə çatdırılır.

Hesabatda Azərbaycanla yanaşı, İndoneziya, İslandiya, Yaponiya, Litva, Niderland, Koreya və b. ölkələr daxil olmaqla ümumilikdə 11 ölkənin nailiyyətləri işıqlandırılır.

“GovMesh” təşəbbüsü rəqəmsallaşma sahəsində təcrübə mübadiləsi aparmaq, mövcud çağırışları müzakirə etmək və yeni əməkdaşlıq imkanlarının formalaşdırılması məqsədi daşıyır

Seçilən
21
4
qht.az

5Mənbələr