Avropa ölkələri Yaxın Şərqə qırıcılar yerləşdirir.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Almaniya, Fransa və Böyük Britaniya Silahlı Qüvvələri regiona əlavə hərbi hava qüvvələri cəlb edir.
Məlumata görə, hər üç ölkə “Eurofighter” tipli qırıcı təyyarələrini Kiprdəki “RAF Akrotiri” aviabazasına və İordaniyadakı “Maafraq əl-Sultan” hava bazasına göndərir.
Bu addımın bölgədəki hərbi mövcudluğu gücləndirmək məqsədi daşıdığı bildirilir.
Xuraman Etibarlı
İnterpress.az