AZ

"Fənər" üzərində qələbə Emeri üçün tarixi nəticə ilə əlamətdar oldu

UEFA Avropa Liqasının əsas mərhələsinin 7-ci turu çərçivəsində dünən İstanbulda "Fənərbağça"nı 1:0 hesabı ilə məğlub edən "Aston Villa"nın baş məşqçisi Unai Emeri tarixi rekorda imza atıb.

Fanat.Az Birmingem təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis bu turnirdə 100 oyuna çıxan ilk məşqçi olub.

54 yaşlı Emeri 4 dəfə Avropa Liqasının qalibi olub. Sözügedən çalışdırıcı 3 dəfə "Sevilya" (2013/2014, 2014/2015, 2015/2016) və "Vilyarreal"la (2020/2021) uğur qazanıb. Bundan başqa, 2018/2019 mövsümündə Emerinin rəhbərliyi altında AL-in finalına yüksələn "Arsenal" "Çelsi"yə 1:4 hesabı ilə uduzub.

Xatırladaq ki, "Fənər"i yenən "Aston Villa" 1/8 finala vəsiqəni təmin edib.

Nihat

Seçilən
16
1
fanat.az

2Mənbələr