AZ

Aralıq dənizində gərginlik: İki ölkə Rusiyaya qarşı əməliyyat keçirdi

Fransa Aralıq dənizində Rusiyanın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi “kölgə donanma”ya aid olduğu iddia edilən neft tankerini ələ keçirib.

Publika.az xəbər verir ki, Fransa ordusu Britaniya donanmasının dəstəyi ilə səhər saatlarında İspaniya və Mərakeş arasındakı "Grinch" neft tankerinə basqın edib.

Fransa prezidenti Emmanuel Makron məsələ ilə bağlı açıqlamasında sözügedən tankerin beynəlxalq sanksiyalara məruz qaldığını və saxta bayraq daşımaqda şübhəli olduğunu bildirib:

"Beynəlxalq hüququ müdafiə etmək və sanksiyaların effektiv tətbiqini təmin etməkdə qərarlıyıq. "Kölgə donanması"nın fəaliyyəti Ukraynaya qarşı müharibənin maliyyələşdirilməsinə töhfə verir".

Seçilən
39
publika.az

1Mənbələr