AZ

Ağcabədidə heyvan bazarının fəaliyyətinə icazə verilib

Bakı, 23 yanvar, AZƏRTAC

Ağcabədi rayonunun Rəncbərlər kəndində yerləşən heyvan bazarının fəaliyyətinə icazə verilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bazarda asfalt-beton örtüyü salınıb, heyvanların rahat və təhlükəsiz hərəkəti üçün rampalar və çardaqlar quraşdırılıb, baytar həkimin nəzarəti üçün məntəqə tikilib.

Eyni zamanda, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar inşa olunub. Bazarın giriş və çıxış qapısında dezbaryerlər, həmçinin yem anbarı, iri və xırdabuynuzlu heyvanların satış sahələri yenidən qurulub.

Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib.

Qeyd edək ki, bundan əvvəl İmişli, Şamaxı, Göyçay, Salyan, Göygöl və Bərdədəki heyvan bazarları fəaliyyətə başlayıb.

Daha ətraflı məlumat üçün linkə keçid etmək olar.

Seçilən
57
15
azertag.az

10Mənbələr