AZ

“Beşiktaş”ın hücumçusu İngiltərə klubu ilə anlaşdı

“Beşiktaş”ın hücumçusu Temmi Abraham Premyer Liqaya qayıtmağa yaxındır.

İdmanxeber.az xəbər verir ki, “Aston Villa” 28 yaşlı forvardın transferini razılaşdırıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

İngiltərə klubu keçid üçün İstanbul təmsilçisinə 21 milyon avro ödəyəcək və müdafiəçi Yasin Özcanı transfer hüquqları ilə birlikdə “Beşiktaş”a verəcək.

Qeyd edək ki, Abraham bu mövsüm “qara qartallar”ın heyətində 26 oyunda 13 qol və 3 assistlə fərqlənib.

Seçilən
20
idmanxeber.az

1Mənbələr