"Beşiktaş" və "Aston Villa" klubları Temmi Abrahamın transferi üçün razılığa gəliblər.
Offsideplus.az xəbər verir ki, İstanbul klubu bu keçiddən 21 milyon avro qazanacaq. Eyni zamanda Yasin Özcan da "qara qartal"a qoşulacaq.
Bu barədə Türkiyə mətbuat məlumat yayıb.
Abraham ötən ilin yayında "Beşiktaş"a transfer olmuşdu. İngiltərəli hücumçu burada 26 oyunda 13 qol vurmağı bacarıb.
Y. Özcan isə 2025-ci ilin yayında "Aston Villa"ya qoşulub və daha sonra "Anderlext" icarəyə verilib. O, burada 5 oyunda meydana çıxıb.
Belçika klubu "Beşiktaş"a qoşulacağı gözlənilən 19 yaşlı futbolçunun müqaviləsinə xitam verəcək.