"Neftçi"nin kapitanı Emin Mahmudov Sportinfo.az-a açıqlama verib.
33 yaşlı yarımmüdafiəçi 2025-ci ildə yadda qalan, müzakirə olunan əsas məqamlara toxunub.
O, ilk olaraq çıxışını dəyərləndirib:
"Bilirsən necədir, komanda yaxşı olmayanda, özümdən necə razı qalım?
"Neftçi"ni vəziyyəti yaxşı deyil və mən də bu komandanın kapitanıyam. Buna görə də özümdən razı ola bilmərəm".
Mahmudov davamında 2025-ci ildə çox müzakirə olunan, böyük dəstək görən qol sevincini şərh edib:
"Buna çox sevindim. Bütün liqalarda bunu görmək çox xoşdur. Qol sevincim heç kimə qarşı deyil, sadəcə dinlə bağlıdır. Belə kütləvi dəstək olacağını gözləmirdim. Görəndə çox sevinirəm".
"8 nömrə" fiziki olaraq artıq çatdırmaması ilə bağlı iradları isə bu cür şərh edib: "Neftçi"nin vəziyyəti yaxşı olmayanda birinci növbədə kapitan baxılır. Komanda pis olanda mənə yaxşı deyiləsi deyil. Mən komanda deyəndə nəticələri nəzərdə tuturam, oyunçuları yox. Yaxşı heyətimiz var. Mən də əlimdən gələni maksimum edirəm. Bəzən alınır, bəzən də yox.
Qocaldığımı hiss edirəmmi? 34 yaşda artıq hiss edirsən ki, bərpaya daha çox vaxt lazım olur. Əvvəllər qısa müddətdə iki oyunu daha rahat keçirirdim. Amma indi 3 gündən bir olan oyunlar ağır keçir. Bunun üzərində çalışıram. Problemlərim daha çox təlim-məşq toplanışında olur. Ümid edirəm ki, bu dəfə yaxşı toplanış keçərəm".
XANOĞLAN