AZ

Tarixin 23 yanvarı...

Tarixin bu günündə 23 yanvardayıq...

Hit.az bildirir ki, 23 yanvar tarixi həm Azərbaycan, həm də dünya üçün yaddaqalan hadisələrlə zəngindir. 

Bu gün tarix səhifələrində siyasi, mədəni və ictimai sahələrdə baş verən mühüm olaylarla xatırlanır. Eyni zamanda, 23 yanvar müxtəlif sahələrdə iz qoymuş tanınmış şəxslərin doğum günü kimi də qeyd olunur. Tarix bu gün dünyasını dəyişmiş, fəaliyyəti ilə cəmiyyətdə dərin iz buraxmış simaları da unutmur. Keçmişlə bu günü birləşdirən 23 yanvar insanlığa dərs verən hadisələri və taleləri özündə cəmləşdirir. Elə isə tarixin 23 yanvarını xatırlayaq...

23 yanvarda nələr baş verib?
2011-ci ilin bu günü “İnter Bakı” Sankt-Peterburqda keçirilən Birlik Kubokunun qalibi olub.1556-cı ildə isə Çində 830 min nəfərin həlak olduğu Şensi zəlzələsi baş verib. 2020-ci ilin bu günü həm də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 koronavirus pandemiyasını beynəlxalq narahatlıq doğuran ictimai səhiyyə fövqəladə halı elan edib. Elə həmin gün Finlandiya, Honkonq, Sinqapur və Vyetnam kimi ölkələrdə ilk dəfə COVID-19 qeydə alınıb. 

23 yanvarda doğulanlar:
Bakı Media Mərkəzinin rəhbəri, Azərbaycan Prezidenti İlham Əliyevin qızı Arzu Əliyeva 1989-cu ilin 23 yanvar tarixində dünyaya gəlib. 

Həmçinin, 1969-cu ildə Azərbaycanın Milli Qəhrəmanı, şəhid Hikmət Muradov doğulub. Bundan əlavə,1832-ci ildə fransız rəssam Eduard Mane, 1927-ci ildə rəqqas Böyükağa Məmmədov, 1941-ci ildə əməkdar jurnalist Vahid Bağırov, 1950-ci ildə rus jurnalist Mixail Qusman, 1958-ci ildə gürcü futbolçu Zaur Svanadze,1984-cü ildə niderlandlı futbolçu Aryen Robben dünyaya gözlərini açıb.

23 yanvarda vəfat edənlər:
1985-ci ildə özbək müğənni Batır Zakirov, 1989-cu ildə ispan rəssam Salvador Dali, 2005-ci ildə sovet aktoru Yuli Karasik,  2007-ci ildə polşalı jurnalist Rişard Kapuçinski, Polşa jurnalisti, 2011-ci ildə redaktor Valid Sənani, 2018-ci ildə jurnalist Nicat Məlikov, Azərbaycan jurnalisti və 2019-cu ildə türk aktrisa Ayşən Qruda vəfat edib.

Pərviz

Seçilən
21
hit.az

1Mənbələr