AZ

“Beşiktaş”ın futbolçusu “Aston Villa”ya keçib

Bakı, 23 yanvar, AZƏRTAC

Türkiyənin “Beşiktaş” komandasının futbolçusu Temmi Abraham karyerasını İngiltərədə davam etdirəcək.

AZƏRTAC xəbər verir ki, 28 yaşlı hücumçu “Aston Villa” ilə anlaşıb. Premyer Liqa təmsilçisi transfer üçün qarşı tərəfə 21 milyon avro və gənc futbolçu Yasin Özcanı verəcək.

Temmi Abraham vaxtilə “Aston Villa”da çıxış edib.

O, bu mövsüm 26 oyunda 13 qol və 3 məhsuldar ötrümə ilə yadda qalıb.

Seçilən
61
azertag.az

1Mənbələr