AZ

Baş nazir: “Şərəfimiz satılmır”

Belçikanın Baş naziri Bart de Vever ölkə parlamentində ABŞ-ın Qrenlandiyadakı ilhaq cəhdləri barədə danışıb.

"Cebheinfo.az" xəbər verir ki, Vever əsl fəlakətin çətinliklə qarşısının alındığını bildirib.

"ABŞ güclü ola bilər, amma şərəfimiz satılmır. Biz kölə deyilik", - deyə o vurğulayıb.

Avropanın bu hadisələrdən lazımi dərslər çıxarmalı olduğuna diqqət çəkən Bart de Vever, hələlik hərbi və ticarət məhdudiyyətləri ilə bağlı təhdidlərin aradan qaldırıldığını bildirib və qeyd edib ki, “yeni “ticarət müharibəsi”ndən heç kim qazanc əldə etməz”.

Baş nazir Avropa ilə ABŞ arasında əlaqələrin güclü qalacağını desə də, ideal bir dünyada yaşamadıqlarını vurğulayıb: “Avropalılar olaraq fırtınalı dövrlərə hazırlaşmaq məcburiyyətindəyik”.

Avropanın hərbi sahədə yenidən öz ayaqları üzərində dayanmalı olduğunu bildirən Bart de Vever, Avropanın daha qətiyyətli mövqe nümayiş etdirməsinin vacibliyini qeyd edib.

Seçilən
172
cebheinfo.az

1Mənbələr