AZ

Danimarka Qrenlandiya ilə bağlı ən pis ssenariyə hazırlaşır

Danimarka hökuməti və silahlı qüvvələri Qrenlandiya ətrafında mümkün eskalasiyanı nəzərə alaraq təhlükəsizlik tədbirlərini gücləndirib. Danimarkanın DR dövlət tele-radio şirkətinin məlumatına görə, ötən həftə ABŞ tərəfindən adanın ələ keçirilməsi ilə bağlı təhdidlər daha açıq şəkildə səsləndiriləndən sonra Qrenlandiyaya göndərilən hərbçilərə döyüş patronları paylanıb.

NOCOMMENT.az xəbər verir ki, telekanalın iddiasına əsasən, ABŞ-ın mümkün hərbi müdaxiləsi halında müqavimət göstərilməsi üçün Danimarkada geniş siyasi iradə formalaşıb. Bu mövqe təkcə hakimiyyət dairələri ilə məhdudlaşmır, eyni zamanda parlamentdə təmsil olunan müxalifət partiyalarının geniş spektri tərəfindən də dəstəklənir.

DR qeyd edir ki, yaranmış vəziyyət Kopenhagenin Qrenlandiyanın təhlükəsizliyini milli prioritet kimi gördüyünü və istənilən ssenariyə hazırlaşdığını göstərir.

Sara

Seçilən
101
nocomment.az

1Mənbələr