AZ

“Bakı–Xankəndi” velosiped yarışına qatılacaq ölkələrin sayı 19-a çatıb  

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı “Bakı–Xankəndi” Azərbaycan velosiped yarışına qatılacaq komandaların sayı artıb.

Azərbaycan Velosiped İdmanı Federasiyasından AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, iştirakçılar sırasına Əlcəzairin “Madar Pro” kontinental komandası əlavə olunub.

Bununla da turnirdə çıxış edəcək komandaların sayı 19 ölkədən 1 Dünya Turu, 7 Pro-Tur, 14 kontinental komanda və Azərbaycan yığması olmaqla, 23-ə yüksəlib.

Qeyd edək ki, yarış mayın 10-14-də təşkil olunacaq.

Seçilən
18
5
azerbaijan-news.az

6Mənbələr