AZ

Hərbi xidmət əleyhinə cinayətlərin SAYI AZALIB

Ajans.az xəbər verir ki, Azərbaycan Respublikası Baş prokurorun müavini-Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-mayoru Bəhruz Əhmədov hesabat məruzəsi ilə çıxış edib. Bildirilib ki, 2025-ci ildə hərbi prokurorluq orqanları tərəfindən qeydə alınmış cinayət hadisələrinin 99,7 %-nin açılması təmin edilib. Vurğulanılıb ki, hesabat ilində qeydə alınmış hərbi xidmət əleyhinə cinayətlərin sayında 21.3 % azalma müşahidə edilməkdədir. Qeyd edilib ki, 2025-ci ildə Azərbaycan Respublikası Hərbi Prokurorluğu üzrə “962-Etimad xətti” yaradılıb, fəaliyyətdə olduğu 4 aylıq müddət ərzində həmin əlaqə vasitəsilə daxil olan 219 müraciətə baxılıb.

Bundan başqa qeyd olunub ki, 2025-ci ildə Azərbaycan Respublikası Hərbi prokurorluq orqanlarına daxil olan 1001 müraciətə müvafiq qaydada baxılıb, eləcə də 3702-si bilavasitə hərbi hissələrdə olmaqla ümumilikdə 5911 vətəndaş qəbul edilərək dinlənilib, müraciətlərinə müvafiq olaraq izahların verilməsi və onların həlli istiqamətində müvafiq tədbirlərin icrası həyata keçirilib.

Seçilən
59
16
Ajans.az

10Mənbələr