Bu gün "Baku Book Center"də Rüstəm Behrudinin “Sənin gözlədiyin qərib türk mənəm” adlı yeni şeir kitabının təqdimatı keçirilib.
Kulis.az xəbər verir ki, tədbirdə ədəbiyyatsevərlər, gənc oxucular və media nümayəndələri iştirak ediblər.
Şair Rüstəm Behrudi təqdimatda kitabın yaranma prosesi və şeirlərindəki əsas mövzular barədə danışıb.
Tədbirdə tanınmış sənətçilər də iştirak edib. Xalq artisti Alim Qasımov, yazıçı Anar və şair Sabir Rüstəmxanlı çıxışlarında Rüstəm Behrudinin yaradıcılığını və kitabın ədəbiyyatımızdakı yerini vurğulayıblar.
Tanımmış güneyli aşıq Araz Elsəs kitabdakı bəzi şeirləri sazla ifa edib.
Təqdimatın sonunda qonaqlar şairlə görüşərək kitablarını imzalayıb, onunla söhbət etmək imkanını əldə ediblər.
Rüstəm Behrudinin “Sənin gözlədiyin qərib türk mənəm” kitabı poetik düşüncələri və türk mədəniyyətinə bağlı fikirləri ilə diqqət çəkir və maraq doğurur.