AZ

İran 800 nəfərin edamını Trampa görə dayandırıb?

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İranın baş prokuroru ABŞ Prezidenti Donald Trampın Tehranın 800 nəfəri edam edəcəyi barədə iddiasını yalan adlandırıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə “İranintl” nəşri məlumat yayıb.

“ABŞ Prezidenti iddia edir ki, İranda 800 nəfərin edam edilməsinin qarşısını alıb, lakin bu iddia tamamilə yanlışdır. Belə bir rəqəm yoxdur və məhkəmə sistemi belə bir qərar qəbul etməyib”, – baş prokuror Məhəmməd Movahed Azad bildirib.

O həmçinin vurğulayıb ki, İslam Respublikasının məhkəmə sistemi müstəqil bir qurumdur və başqalarının əmrlərinə tabe deyil.

Qeyd edək ki, bir müddət öncə Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirmişdi ki, Trampın xəbərdarlığından sonra İran 800 nəfərin edam qərarını dayandırıb.

Safura Bənnayeva

Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
globalinfo.az

1Mənbələr