AZ

Hitlerin rəsm əsərləri hərracda satıldı – Fotolar


Böyük Britaniyanın “Hutchinson Scott” hərrac evi Adolf Hitlerin 20-ci əsrin əvvəllərində çəkdiyi iki rəsm əsərini satıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, əsərlərin ümumi qiyməti təxminən 5600 avro olub.
Hitlerin 1909 və 1910-cu illərdə çəkdiyi iddia edilən suluboya rəsmləri Yorkşirdə hərraca çıxarılıb.
Rəsmlərin birində ev, digərində isə kilsə təsvir olunub. Ev rəsmi 2300 funt sterlinqə (təxminən 2640 avro), kilsə irəsmi sə 2600 funt sterlinqə (təxminən 3000 avro) satılıb.
Qəzetin yazdığına görə, Hitler bu rəsmləri Vyanada incəsənət təhsili alarkən çəkib.
Hərrac evinin veb saytında hərraca çıxarılan hər iki rəsmin orijinallıq sertifikatı olduğu bildirilir. Lakin, “Le Figaro” qəzeti yazır ki, sənət tarixçiləri Hitlerin əsərlərinin dəqiq kataloqunun olmaması və diktatorun orta səviyyəli rəssamlıq bacarığına malik olması ilə əlaqədar onun rəsmlərinin orijinallığını müəyyən etməkdə çətinlik çəkirlər.
Seçilən
20
yeniavaz.com

1Mənbələr