AZ

Tramp “TikTok”un Amerika seqmentinin alınmasını təsdiqlədi

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp “TikTok”un Amerika bölməsinin“Oracle” və “Silver Lake” şirkətləri rəhbərliyindəki investorkonsorsiumu tərəfindən alınması barədə sazişin bağlandığınıtəsdiqləyib.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Amerika lideri “Truth Social”sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Trampın sözlərinə görə, “TikTok” ona prezident seçkilərində“gənc seçici elektoratı arasında bu qədər uğur qazanmasına” çoxkömək edib. O, həmçinin ABŞ vitse-prezidenti Cey Di Vens və sosialşəbəkənin Çinli sahibləri ilə aparılan sazişdə kömək edən digəradministrasiya nümayəndələrini təşəkkür edib.

Tramp Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpinə dətəşəkkürünü bildirib.

“Si Cinpin fərqli hərəkət edə bilərdi, lakin etmədi və biz onunqərarını yüksək qiymətləndiririk”, -deyə Tramp bildirib.

Məqalədə:
Seçilən
59
az.trend.az

1Mənbələr