Bakı. Trend:
Azərbaycanın mədəni irsinin davamlı tanıdılması istiqamətindəişləri davam etdirəcəyik.
Trend xəbərverir ki, bunu bu gün BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrəregional prezidenti Cio Kristofoli Milli İncəsənət Muzeyində əsaslıtəmir olunmuş "Altmışıncılar nəsli: konformizmdən kənar Azərbaycanincəsənəti" adlı yeni sərgi zallarının və daimi ekspozisiyanınaçılış mərasiminə deyib.
Onun sözlərinə görə, BP-nin dəstəyi ilə reallaşan layihəçərçivəsində artıq Milli İncəsənət Muzeyində möhtəşəm əsərləri dahaaydın görmək mümkündür.
"Burada əsaslı təmir işləri aparılıb. İşlər çərçivəsində müasirişıqlandırma sistemləri quraşdırılıb. BP şirkətinin Azərbaycanıniqtisadiyyatına böyük töhfə verdiyi doğrudur. Lakin hər şeyiqtisadiyyat deyil. İncənəsət və mədəniyyət də çox önəmlidir", - ovurğulayıb.
"Biz Azərbaycanın zəngin və füsunkar mədəni irsini qorumaq,tanıtmaq və yaşatmaqda iştirak etdiyimiz üçün qürur duyuruq və buyolu gələcəkdə də çoxsaylı yeni və maraqlı layihələrlə davametdirməyi səbirsizliklə gözləyirik", - o əlavə edib.