Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb.
Proqramın budəfəki buraxılışında Azərbaycanda pnevmoniyanın kütləvi şəkildə yayılması iddiaları ilə bağlı müzakirə aparılıb.
Xəstəlik sürətlə yayılır: soyuqdəymə, qrip və COVID-i necə ayırd edək? Qripdən sonra pnevmoniya: adi soyuqdəymə necə ağır xəstəliyə çevrilir? Yoluxucu xəstəliklərin artması ilə bağlı vəziyyət necədir və qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
Deputat Müşfiq Məmmədli, terapevt Sübhan Hacıyev, həkim-ftiziatr Ülviyyə İsmayılova, tibb elmləri doktoru, professor Adil Qeybulla ilə bu və ya digər suallara aydınlıq gətirilib.