AZ

Əraqçi: İranda son iğtişaşlar zamanı 3 mindən çox insan həlak olub...

Ölənlər arasında mülki şəxslər və təhlükəsizlik əməkdaşları üstünlük təşkil edir...

İranda baş verən son iğtişaşlar nəticəsində 3 mindən çox insan həyatını itirib.

Poliqon xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Abbas Əraqçi sosial şəbəkə X-də paylaşımında məlumat verib.

Nazirin sözlərinə görə, həlak olanların 2 min 400-dən çoxu mülki vətəndaşlar və hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. Abbas Əraqçi bildirib ki, ölənlərin daha 690 nəfəri isə rəsmi Tehran tərəfindən “terrorçu” kimi qiymətləndirilən şəxslərdir.

XİN rəhbəri qeyd edib ki, iğtişaşlar zamanı dövlət qurumları, ictimai obyektlər və mülki infrastruktura ciddi ziyan dəyib. Onun sözlərinə görə, hadisələr xaricdən yönləndirilən və ölkədə sabitliyi pozmağa çalışan qrupların fəaliyyəti nəticəsində baş verib.

Əraqçi əlavə edib ki, İran hakimiyyəti ölkədə təhlükəsizliyin və ictimai asayişin bərpası üçün bütün zəruri tədbirləri görür, eyni zamanda mülki əhalinin qorunmasının prioritet olduğunu vurğulayır. Rəsmi Tehran beynəlxalq ictimaiyyəti də baş verənlərə obyektiv yanaşmağa və “zorakılığı təşviq edən tərəfləri” dəstəkləməməyə çağırır.

Məlumata görə, son iğtişaşlar İranın bir sıra vilayətlərini əhatə edib və hadisələr fonunda təhlükəsizlik tədbirləri gücləndirilib, bəzi bölgələrdə xüsusi rejim tətbiq olunub.

Poliqon.info

Seçilən
15
poliqon.info

1Mənbələr