Bakı. Trend:
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed FonduPrezident İlham Əliyevin təltif edilməsi ilə bağlı paylaşım edib.
Trend xəbər verir ki, bununlabağlı Fondun "X" sosial şəbəkə hesabında qeyd edilib.
"Prezident İlham Əliyev "Zayed İnsan Qardaşlığı Mükafatı"naAzərbaycan və Ermənistan Ermənistan–Azərbaycan Sülh Sazişi sülh vədialoq istiqamətində göstərilən səylərə görə layiq görülüb", -paylaşımda əlavə olunub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevyanvarın 9-da Müsəlman Ağsaqqalları Şurasının baş katibi MəhəmmədƏbdülsalamı, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflərheyətinin üzvləri - Avropa İttifaqı Şurasının sabiq Prezidenti ŞarlMişeli və Afrika İttifaqı Komissiyasının sabiq sədri Musa Fakiniqəbul edib.
Azərbaycana həmişə məmnunluqla səfər etdiklərini deyən qonaqlarqəbula görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.Onlar 2026-cı il üzrə “Zayed İnsan Qardaşlığı Mükafatı”nınAzərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi ilə bağlıgöstərdiyi səylərə görə Prezident İlham Əliyevə təqdim olunacağınıbildirərək, bu il fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərininpaytaxtı Əbu-Dabidə mükafatın təntənəli təqdimat mərasimininkeçiriləcəyini dedilər, həmin tədbirdə fəxri qonaq qismində iştiraküçün dəvət məktubunu Prezident İlham Əliyevə təqdim etməkdən şərəfhissi duyduqlarını vurğuladılar.