AZ

Rumıniya və Moldova birləşir?

"Nə Rumıniya, nə də Moldova hazırda bir ölkədə birləşməyə hazır deyil". 

HİT.az xəbər verir ki, bunu "Observator News"a Rumıniya prezidenti Nikosor Dan deyib.

Jurnalistlərin sözlərinə görə, Dan Avropa Şurasının iclasına gələndə ondan "qeyri-rəsmi" şəkildə Rumıniyanın Moldova ilə birləşmə ssenarisini ciddi şəkildə nəzərdən keçirməyə hazır olub-olmadığı soruşulub.

"Moldova Respublikasında əksəriyyətin bunu istədiyi anda biz hələ buna hazır deyilik", deyə Rumıniya rəhbəri cavab verib.

Moldova prezidenti Maya Sandu öz növbəsində bildirib ki, Rumıniya ilə birləşmə, xüsusən də hazırkı regional və beynəlxalq kontekstdə Moldova Respublikasının azad dünyanın bir hissəsi olaraq qalacağına və sülh içində yaşayacağına zəmanət verməyin yollarından biri olacaq. Lakin o, birləşmə məsələsini Avropa liderləri ilə müzakirə etmədiyini və ölkənin Aİ üzvlüyünə diqqət yetirəcəyini təkrarlayıb, çünki hazırda Moldova seçiciləri arasında Rumıniya ilə birləşmə ilə bağlı fikir birliyi yoxdur.

Əvvəllər xəbər verildiyi kimi, Rumıniya prezidentinin diaspordakı rumınlarla əlaqələr üzrə müşaviri Yevgeni Tomaç Buxarestin Moldova ilə birləşməni "ciddi şəkildə müzakirə etməyə" hazır olduğunu bildirib. O, Rumıniyanın 2018-ci ildə parlament bəyannaməsində bu məsələni müzakirə etməyə hazır olduğunu rəsmi olaraq bəyan etdiyini xatırladıb.

Moldova həmçinin özünü elan etmiş Dnestryanı Moldova Respublikasının reinteqrasiyası üçün bir plan hazırlayır. Reinteqrasiya üzrə Baş nazirin müavini Valeriu Çiverin sözlərinə görə, bu plan Aİ və ABŞ ilə birgə hazırlanır.

Samir
 

Seçilən
12
hit.az

1Mənbələr