AZ

bp strateji enerji layihələrinin həyata keçirilməsində Azərbaycanın uzunmüddətli tərəfdaşı qalmağa ümid edir - Covanni Kristofoli

Bakı. Trend:

bp şirkəti strateji enerji layihələrinin həyata keçirilməsindəAzərbaycanın uzunmüddətli tərəfdaşı qalacağına ümid edir.

Trend xəbər verirki, bunu bu gün bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrəregional prezidenti Covanni Kristofoli "Altmışıncılar nəsli:konformizmdən kənar Azərbaycan incəsənəti" adlı yeni sərgizallarının və daimi ekspozisiyanın açılış mərasimində bildirib.Sərgi zalları layihə çərçivəsində əsaslı təmir olunub.

“Biz SOCAR, tərəfdaşlarımız və hökumətin güclü dəstəyi ilə sıxəməkdaşlıq edərək ölkə üçün iri enerji layihələrini həyatakeçirmişik. Və biz uzun onilliklər ərzində bu möhtəşəm yolun birparçası qalacağımıza səmimi şəkildə ümid edirik”, – deyə obildirib.

“Biz mədəniyyət nazirliyi ilə sıx əməkdaşlığımızla çox fəxredirik və onlara təşəkkürümüzü bildirmək istəyirik. Onların dəstəyiilə ölkənin qədim sənət irsinin qorunması və tanıdılması üzrəlayihələr həyata keçirmişik. Məsələn, ötən il son 60 ildəyaradılmış Azərbaycan sənətinin şah əsərlərinə həsr olunmuşalbom-kitab nəşr etmişik və sayt açmışıq. Və biz onları məhz bumuzeydə təqdim etmişik,” – deyə regional prezident əlavə edib.

Qeyd edək ki, bp Azərbaycandakı böyük dəniz yatağı olanAzəri-Çıraq-Günəşli və Şahdəniz qaz yatağının operatorudur. Şirkəthəmçinin karbohidrogen nəqli layihələrində, o cümlədənBakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri boru kəmərlərində,eləcə də Səngəçal terminalında iştirak edir.

Şirkət həmçinin Qarabağ yatağının işlənməsi layihələrində vəƏşrəfi-Dan Ulduzu-Aypara (ADUA) layihəsində pay əldə edib.

Bərpa olunan enerji sektorunda şirkət Şəfəq günəş elektrikstansiyası layihəsi üzərində işləyir.

Məqalədə:
Seçilən
152
az.trend.az

1Mənbələr