AZ

Mario Balotelli ikinci liqa klubuna transfer olub

Bakı, 23 yanvar, AZƏRTAC

İtaliya millisinin sabiq futbolçusu Mario Balotellinin yeni komandası bəlli olub.

AZƏRTAC xəbər verir ki, 35 yaşlı hücumçu Birləşmiş Ərəb Əmirliklərinin “Əl-İttihad” klubuna keçib.

Tanınmış oyunçu II Liqa təmsilçisi ilə 2 illik müqavilə imzalayıb. O, son olaraq ölkəsində “Cenoa”nın formasını geyinib.

Qeyd edək ki, Mario Balotelli “İnter”, “Milan”, “Mançester Siti” və “Liverpul” kimi tanınmış komandalarda çıxış edib.

Seçilən
60
1
azertag.az

2Mənbələr