Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov məmurlar üçün örnək sayılacaq bir addım atıb. Vətəninfo.az xəbər verir ki, Zaur Mikayılov tanınmış jurnalist Gülşən Şərifin müalicə xərclərini öz üzərinə götürüb.
Xatırladaq ki, ağır onkoloji xəstəlikdən əziyyət çəkən jurnalist üçün iki gün əvvəl həmkarları tərəfindən yardım aksiyası təşkil olunmuşdu. Lakin bu gün, Zaur Mikayılov sosial şəbəkələrdə Gülşən xanımın müalicəsi üçün həyata keçirilən kütləvi dəstək kampaniyasını görərək, bu mühüm addımı atıb və müalicə xərclərini öz üzərinə götürüb.