AZ

Fico Aİ-ni masaj salonu ilə müqayisə edib: “Yataqları yox, personalı dəyişmək lazımdır”

Slovakiyanın baş naziri Robert Fico Avropa İttifaqının hazırkı idarəetmə modelini sərt tənqid edib. O, sosial şəbəkələrdə paylaşdığı açıqlamada Aİ-ni masaj salonuna bənzədərək, qurumun effektiv işləməməsinin səbəbinin strukturda deyil, rəhbərlikdə olduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, Fico Slovakiyanın böyük və ya güclü ölkə olmadığını vurğulasa da, güclü və ədalətli Avropa İttifaqı uğrunda mübarizə aparacağını deyib. Onun sözlərinə görə, Aİ müstəqil şəkildə öz mövqeyini ifadə edə bilməli və real qlobal oyunçu olmalıdır: “Avropa İttifaqına masaj salonu üçün keçərli olan qayda tətbiq olunur: əgər işi alınmırsa, yataqları dəyişmək kifayət deyil, personalı dəyişmək lazımdır”.

Slovakiya baş naziri əlavə edib ki, hazırda Avropa İttifaqı əsasən Rusiyaya nifrət üzərində idarə olunur və bu yanaşma ilə dünya səviyyəli oyunçuların dialoq qurmaq istəmədiyi şəxslər Aİ rəhbərliyində qala bilməz. Ficonun fikrincə, mövcud rəhbərlik qarşıda duran kritik suallara cavab verə bilmir və məhz bu səbəbdən Avropa İttifaqında dəyişikliklər qaçılmazdır.

Sara

Seçilən
33
nocomment.az

1Mənbələr