AZ

Pul yeyən yollar, yaxud AYNA-nın şübhəli xətləmə əməliyyatı

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) respublika ərazisində yollarda xətlənmə işlərinin satın alınması ilə tender elan edib. 

Hit.az xəbər verir ki, tender mart ayının 5-dək davam edəcək.

Satınalma predmetinin ehtimal olunan qiyməti 36 795 293,87 manatdır. Nəzərə alsaq ki, qanunvericiliyə görə təklif edilən qiymət ehtimal olunan qiymətdən 3 faiz az olmalıdır, o zaman AYNA-nın yolların xətlənməsinə 35 691 435,05 manat xərclənəcəyini söyləmək mümkündür. 

Maraqlıdır ki, AYNA 2025-ci ildə də respublika ərazisində yolların xətlənməsi ilə bağlı iki dəfə tender keçirib. Hər iki tenderin qalibi “STP-Btech” şirkəti seçilib. Birinci tender üzrə satınalma predmetinin qiyməti 11 465 232,11 manat, ikinci tender üzrə isə satınalma predmetinin qiyməti 17 603 241,01 manatdır. Birinci tender magistral yolların xətlənməsi ilə bağlıdır.

Hər iki tender üzrə “STP-Btech” MMC ilə satınalma müqaviləsi imzalanıb. Hər halda dövlət satınalmalarının vahid elektron portalında belə qeyd edilib.

Beləliklə, aydın olur ki, AYNA ötən il yolların xətlənməsinə 29 068 473,12 manat xərcləyib. 

O zaman sual yaranır ki, 1 il ötməmiş yenidən yollarına xətlənməsinə hansı zərurətdən doğur? İş keyfiyyıtsiz görülüb, yoxsa məbləğ şişirdilib? Bu sualların cavabı açıq qalır.

Layihəni icra edən “STP-Btech” MMC-yə gəlincə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xdimətinin reyestr məlumatlarında qeyd edilib ki, şirkət 4 aprel 2024-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 400 000 manatdır. Hüquqi ünvanı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Texno-Park sahəsində yerləşir. Şirkətin qanuni təmsilçisi Emre Yalçındır. 

“STP-Btech” MMC-nin rəsmi internet səhifəsində qeyd edilib ki, şirkət Azərbaycan ərazisində yol xətlənməsi, yol nişanlarının istehsalı və quraşdırılması, yol təhlükəsizliyi üzrə təhlükəsizlik sədlərinin montajı sahəsində ixtisaslaşıb. 

Şirkət haqqındakı məlumatlardan aydın olur ki, kifayət qədər ciddi biznes təsisatıdır. Maddi-texniki bazası yüksək səviyyədədir. Bu, “STP-Btech” MMC-nin icra etdiyi layihələrdən də görünür. Ona görə də belə bir nüfuzlu şirkətin konkret olaraq öz sahəsinə aid layihəni keyfiyyətsiz icra etdiyi bir qədər inandırıcı görünmür. Bu halda 1 il keçməmiş yolların hansı zərurətdən xətlənməsi sualı yenidən aktuallaşır. 
AYNA  2021-ci ilin oktyabrın 11-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs yaradılıb.

Qurum Bakı Nəqliyyat Agentliyini (BNA) əvəzləyib. O BNA ki, yaranandan tənqid atəşinə tutulub. Media və sosial şəbəkələrdə bu qurum haqqında xeyli sayda tənqidi materiallara rast gəlinir. Elə bu üzdən də BNA ləğv edilib və AYNA yaradılıb. 

Lakin AYNA da sələfi kimi yarandıqdan bir müddət tənqidlərə məruz qalıb. Bu qurum da BNA-nın fəaliyyətini bir qədər başqa məzmunda təkrarlamağa başlayıb. AYNA haqqında tənqidi materiallarda haqsız cərimələrdən tutmuş, parkinq xidmətindəki qüsurlara qədər qurumun ən müxtəlif yarıtmaz addımları barədə yazılıb.

Abbas

Seçilən
18
hit.az

1Mənbələr