AZ

Bu şadlıq evinin fəaliyyəti dayandırıldı - FOTOLAR

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağdam rayonunun Qaradağlı kəndində Ramiz Qəzənfər oğlu Məmmədova məxsus “Ağdam” şadlıq evində yoxlama keçiriblər.

Agentliyin İnformasiya təminatı və innovativ həlllər şöbəsindən "Unikal"a verilən məlumata görə, yoxlama zamanı şadlıq evində sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən edilib.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub və icrası məcburi göstərişlər verilib, nöqsanlar aradan qaldırılanadək ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Seçilən
63
13
unikal.az

10Mənbələr