AZ

Kanada baş naziri: Beynəlxalq hüquq həmişə selektiv tətbiq olunub və “faydalı yalan” olub...

Mark Karni liberalların maraqlarına uyğun nizamın qurulması üçün beynəlxalq hüququn illər boyu məqsədli şəkildə istifadə edildiyini etiraf edib..

Poliqon xəbər verir ki, Kanada baş naziri Mark Karni beynəlxalq hüququn heç vaxt universal şəkildə tətbiq olunmadığını və daha çox “faydalı yalan” rolunu oynadığını açıqlayıb. Onun sözlərinə görə, bu yanaşma liberal dairələr üçün sərfəli olan qlobal qaydaların formalaşdırılmasına xidmət edib.

Baş nazir bildirib ki, Ottawa uzun illər “ritorika ilə reallıq arasındakı fərqi” bilərəkdən nəzərə almayıb. Lakin hazırda Kanada hökuməti ABŞ-nin ilə münasibətlərdə qeyri-rəsmi razılaşmanın pozulması ilə üz-üzə qalıb və bu vəziyyət iki ölkə arasındakı əlaqələrin xarakterini ciddi şəkildə dəyişib.

Karni yaranmış gərginliyə görə məsuliyyəti “supergüclərin” üzərinə qoyaraq, onların iqtisadi inteqrasiyanı siyasi və geosiyasi təzyiq alətinə çevirdiklərini vurğulayıb. Onun fikrincə, qlobal iqtisadi münasibətlər getdikcə daha çox güc vasitəsinə çevrilir.

Kanada hökumətinin başçısı xüsusilə Donald Tramp administrasiyasının idxal olunan mallara tətbiq etdiyi cavab tariflərini nümunə gətirib. Karni bu addımların sırf iqtisadi qərar deyil, açıq şəkildə “təzyiq rıçağı” olduğunu qeyd edib və bunun ABŞ-nin tərəfdaş ölkələrə münasibətində yeni yanaşmanı nümayiş etdirdiyini bildirib.

Poliqon.info

Seçilən
9
poliqon.info

1Mənbələr