Bakı. Trend:
Suraxanı RPİ-nin DYP Şöbəsinin əməkdaşları tərəfindən yolhərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edərəkdigər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükəyaradan "Chevrolet" markalı 90-YD-239 dövlət qeydiyyat nişanlınəqliyyat vasitəsinin sürücüsü Elçin Aşurəliyev saxlanılıb.
Trend xəbər verir ki, bubarədə DİN məlumat yayıb.
Bildirilir ki, sürücü barəsində Azərbaycan Respublikasınınİnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokoltərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə sürücü E.Aşurəliyevin nəqliyyat vasitəsiniidarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutkainzibati qaydada həbs edilib.