AZ

Kiyevdə vəziyyət çətindir: Vitali Kliçko sakinləri şəhəri tərk etməyə çağırıb

Kiyev meri Vitali Kliçko paytaxt sakinlərini gecəni isitmə mərkəzlərində keçirməyə və ya şəhəri tərk etməyə çağırıb.

Kliçkonun sözlərinə görə, şəhərin hər bir rayonunda isitmə mərkəzləri ayrılıb və lazım gələrsə, çox sayda insanın gecələyə biləcəyi yerlər var. “Mərkəzlər gecələmə yerləri, istilik cihazları (səyyar qazanlar), qida və gigiyena məhsulları ilə təchiz olunacaq”_ Kliçko bildirib.

O, Kiyevdə enerji vəziyyətinin “çox çətin olduğunu və bu, ən pis an olmaya biləcəyini” vurğulayaraq, sakinlərin evdə qida, su və dərman ehtiyatı toplamalı olduğunu deyib.

Mer əlavə edib ki, alternativ enerji və istilik mənbələrinin mövcud olduğu şəhərdən kənara çıxa bilənlər bu fürsəti əldən verməməlidirlər.

Son rəsmi məlumatlara görə, Kiyevdə 1940 çoxmərtəbəli bina istiliksiz qalıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
65
editor.az

1Mənbələr