ain.az xəbər verir, Bakupost saytına əsaslanaraq.
İranın ali rəhbəri Əli Xameneinin bacısı oğlu Mahmud Muradxani “Euronews” kanalına müsahibəsində deyib ki, Xamenei etirazlara baxmayaraq hakimiyyətdən getməyəcək.
Bakupost.az xəbər verir ki, bu barədə “Azad İran” telegram kanalı məlumat yayıb.
Onun sözlərinə görə, Xamenei “son damla qanına qədər” müqavimət göstərəcək.
Qeyd edək ki, 1986-cı ildən Fransada mühacirətdə yaşayan Muradxani Fransanın şimalında, Lill şəhəri yaxınlığında fəaliyyət göstərən 62 yaşlı otolarinqoloq həkimdir. O, uzun illərdir İran rejiminin açıq müxalifi kimi tanınır. Muradxani 22 yaşında İrandan İraq vasitəsilə qaçdığını, daha sonra Fransaya yerləşdiyini bildirib.
Siyasi mühacir qeyd edib ki, İranda davam edən basqılar etirazlara son qoymayacaq. Onun fikrincə, dayısının bir gün həbs olunaraq mühakimə ediləcəyinə ümid etsə də, Xameneinin könüllü şəkildə istefa verəcəyinə inanmır.
Xameneini diktatorlarla müqayisə edən Muradxani əlavə edib ki, bu tip liderlər son ana qədər hakimiyyətdə qalmağa çalışır və geri çəkilmirlər.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.